Xəbər verdiyimiz kimi, “Turan Tovuz” avrokuboklara vəsiqə qazanıb.
QOL.az xatırladır ki, 1994-cü ildə Azərbaycan klubları arasında ilk dəfə olaraq məhz “Turan” UEFA kubokunda mübarizəyə qoşuldu. 1994-cü il avqustun 9-da İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbaxça”ya qarşı keçirilən matç meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatdı. Qolları Aykut Kocaman (2), Bülənt Uyğun, Nielsen və Aygün vurmuşdu.
Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda baş tutan cavab oyununda isə o vaxtkı Azərbaycan çempionu 0:2 hesabı ilə uduzmuşdu. “Turan” oyunu bu heyətlə keçirmişdi:
Nizami Sadıqov, Hüseynqulu Quliyev, Gennadi Drozdov, Azad Mütəllimov, Sakit Alıyev, Məqsəd Yaqubəliyev, Vəli Hüseynov (Mirbağır Isayev 73), Vidadi Rzayev, Rüfət Quliyev (Bəxtiyar Musayev 73), İlham Məmmədov, Qurban Qurbanov
Qollar 83-cü dəqiqədə penaltidən Nail və 86-cı dəqiqədə Bülənt Uyğun imza atıblar.
Qol.az İstanbulda baş tutan İlk matçdan fotoları təqdim edir.