Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
QOL.az xəbər verir ki, bununla da turnirin finalçıları bəlli olub.
"Strasburq" Fransada "Rayo Valekano"nu qəbul edib və uduzub.
Digər oyunda isə türkiyəli mütəxəssis Arda Turanın çalışdırdığı Dotesk "Şaxtyor"u "Kristal Pelas"a yenilib.
Oyunların cəmində "Rayo Valekano" və "Kristal Pelas" finala adlayıblar.
7 may
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
23:00. "Strasburq" (Fransa) – "Rayo Valekano" (İspaniya) - 0:1
Qol: Alemao, 42
(İlk oyun - 0:1)
23:00. "Kristal Pelas" (İngiltərə) – "Şaxtyor" (Ukrayna) - 2:1
Qollar: Pedro, 25-avtoqol; Sarr, 52 - Eqinaldo, 34
(İlk oyun - 3:1)