Dəmir yumruq » İdman » Azərbaycan millisi Litvaya qarşı
İdman / Bugün, 10:28

Azərbaycan millisi Litvaya qarşı

 

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, milli komanda Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində mayın 8-də Rumıniya, 11-də isə Gürcüstanla qarşılaşacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.