Dəmir yumruq » İdman » "Rəqibləri gözümüzdə kiçiltməməliyik" - "Xankəndi"nin baş məşqçisi
İdman / Bugün, 09:57

"Rəqibləri gözümüzdə kiçiltməməliyik" - "Xankəndi"nin baş məşqçisi

 

İkinci Liqanın 25-ci turunda "Quba" ilə çətin səfər matçına çıxan "Xankəndi" böyük hesablı qələbə qazanaraq zirvədə yerini qorudu. 
Qarabağ təmsilçisinin baş məşqçisi Zaur Hacıyevlə əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Nəticəyə baxmayaraq, çox ağır oyun oldu. Əslində, "altılıq" görüşlərinin hamısının belə alınacağını bilirdik. Rəqibləri gözümüzdə kiçiltmək olmaz. Həm də itkilərimiz, cəzalı futbolçularımız var idi. "Quba" xüsusilə ilk yarıda inamla mübarizə apardılar. Onlar daha çox müdafiəyə üstünlük verirdilər. Belədə 3-5-2 sistemi ilə hücumda çoxalmaqda əziyyət çəkirdik. Fasiləyə qədər bir qol vura bildik. İkinci hissənin startında sarı vərəqəsi olan futbolçunu əvəzlədik və belədə müəyyən taktiki dəyişikliyə ehtiyac oldu. 4-2-3-1 sisteminə keçidimiz uğurlu alındı. Daha iki qol vurub böyük hesablı qələbəni təmin etdik. Komandamı, "Xankəndi" ailəsini təbrik edirəm. Bizi daha iki çətin oyun gözləyir. Həm "Şirvan", həm də "Şəmkir" ciddi rəqibdir. Kifayət qədər mübarizə apara bilən, hərəkətli komandalardır. Hər bir görüş bizim üçün finala bərabərdir. Bu oyunlarda da uğurlu nəticə əldə edib çempion olacağımıza inanıram".  

Mirağa


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.