Dəmir yumruq » İdman » “Çelsi” Abramoviçə görə böyük məbləğdə cərimə ödəyəcək
İdman / Manşet / 30-07-2023, 09:25

“Çelsi” Abramoviçə görə böyük məbləğdə cərimə ödəyəcək

 

“Çelsi” rusiyalı iş adamı Roman Abramoviçin kluba rəhbərlik etdiyi vaxtda yol verdiyi maliyyə pozuntularına görə Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) 10 milyon avro cərimə ödəyəcək.

Komandanın yeni sahibləri tərəfindən aşkar edilən pozuntular sübut edir ki, “Çelsi”nin maliyyə sənədlərində göstərilməyən məbləğ əslində qarşı tərəfə ödənilib.

Bu, isə UEFA-nın maliyyə qaydalarının pozulması deməkdir.

Öz növbəsində İngiltərə Premyer Liqası da qeyd olunan maliyyə pozuntusunu əsas götürərək klubu cəzalandıra bilər.

Mənbə: Oxu.Az


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.