Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Sabah” da ilk oyununu keçirəcək.
Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq.
Xatırladaq ki, Azərbaycanın digər Konfrans Liqası iştirakçıları - “Qəbələ” və “Neftçi” ilk matçlarını iyulun 27-də keçirəcəklər. “Qırmızı-qaralar” evdə Kiprin “Omoniya” klubunu qəbul edəcəklər, “ağ-qaralar” Bosniya və Herseqovinada “Jelezniçar”ın qonağı olacaqlar.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi
26 iyul
RFŞ (Latviya) - “Sabah” (Azərbaycan)
Yurmala. Sloka stadionu