Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, yığma İtaliya ilə üz-üzə gələcək.
Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək qarşılaşma saat 18:45-də start götürəcək.
Azərbaycan millisi ilk matçında Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 3:7 hesabı ilə uduzub.