Tərtər sakininin Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair başlanmış cinayət işinin istintaqı yekunlaşıb
Tərtər rayon sakini Sahilə Əsədovanın ötən il iyulun 8-də Bərdə Diaqnostika Mərkəzində ölməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bərdə Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqın gedişində Sahilə Əsədovanın ölümünün cərrahiyyə əməliyyatı zamanı həkim səhvindən baş verməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Həkim ümumi-cərrah vəzifəsində işləyən Teymur Əlləzova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilib.