Xəbər lenti
Dəmir yumruq » Hadisə » DİN: Axtarışda olduğuna görə ümumilikdə 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə / 17-02-2023, 02:59

DİN: Axtarışda olduğuna görə ümumilikdə 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Fevralın 15-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 133, o cümlədən borclu şəxs qismində axtarılan 110 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.