Xəbər lenti
Dəmir yumruq » Hadisə » Paytaxtda bir neçə vətəndaşın külli miqdarda pul vəsaitini talayan şəxs saxlanılıb
Hadisə / 27-01-2023, 06:59

Paytaxtda bir neçə vətəndaşın külli miqdarda pul vəsaitini talayan şəxs saxlanılıb

Paytaxtda bir neçə vətəndaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Daxil olan müraciətlər əsasında Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində paytaxt sakini olan üç nəfərin 9300, 14800 və 8400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə müəyyənləşdirilərək saxlanılıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14000 manatını talaması da müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.