Xəbər lenti
Dəmir yumruq » Hadisə » DSX: İki Əfqanıstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərib
Hadisə / 26-01-2023, 06:49

DSX: İki Əfqanıstan vətəndaşı dövlət sərhədini pozmağa cəhd göstərib

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyənləşdirilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.