Dəmir yumruq » Hadisə » Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Hadisə / 23-01-2023, 03:01

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.

DGK-dan AZƏRTAC-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən və paytaxtın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə - metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb.

“Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 həb olmaqla ümumilikdə 500 ədəd “Methadone 40” həbi aşkar edilib.

Xatırladaq ki, metadon “Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.