DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 119 cinayətin üstü açılıb
Yanvarın 28-də və 29-da ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarılan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb.
Narkotiklərlə əlaqəli 65, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 99 nəfər saxlanılıb.