"Mercedes" və "Toyota" toqquşdu: ölən və yaralanan var
Abşeron rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "Toyota" markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər sağ, digər 1 nəfərin meyiti isə zədələnmiş nəqliyyat vasitələrindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.