Dəmir yumruq » Hadisə » Nəqliyyat vasitəsini oğurlayan Şəmkir sakini Gəncədə avtomobillə birgə yaxalanıb
Hadisə / 11-01-2023, 21:01

Nəqliyyat vasitəsini oğurlayan Şəmkir sakini Gəncədə avtomobillə birgə yaxalanıb

Binəqədi rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.