Dəmir yumruq » Hadisə » Əvvəllər işlədiyi sexdən 6500 manat pul oğurlayan şəxs saxlanılıb VİDEO
Hadisə / 4-01-2023, 06:54

Əvvəllər işlədiyi sexdən 6500 manat pul oğurlayan şəxs saxlanılıb VİDEO

Sabunçu rayonunun Zabrat qəsəbəsindəki məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub. Sonra oradan iki notbuk və bir məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı 15-ci polis bölməsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.