Ələt-Astara magistralında ölümlə nəticələnən yol qəzası baş verib
Ələt-Astara magistralında ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Yük maşınlarının toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Müxtəlif dərəcəli xəsarətlər alan daha bir nəfər isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.