Dəmir yumruq » Hadisə » Bakıda söküntü işləri aparılan ərazidə yanğın olub
Hadisə / 2-01-2023, 06:40

Bakıda söküntü işləri aparılan ərazidə yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda söküntü işləri aparılan ərazidə məişət tullantıları və taxta konstruksiyadan ibarət hasar yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Toyota” markalı minik avtomobilinin faraları və "Hyundai" markalı minik avtomobilinin ön buferi əriyib.

Hər iki avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.