Nərimanovda mənzildə dörd nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır
Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilib.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır