DİN: Ölkə ərazisində qeydə alınan 42 cinayətin üstü açılıb
ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 129, o cümlədən borclu şəxs qismində axtarılan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır