Xəbər lenti
Dəmir yumruq » Hadisə » Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Hadisə / 22-12-2022, 20:59

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

r 2022 ci il tarixində Abşeron rayonunda Tədris və inkişaf mərkəzinin yeni açılan filiallarına qəhrəman şəhidlərimizin adı verildi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir.
İstər dövlət istərsə də özəl məktəbəqədər təhsil müəssisələrində qəhrəman şəhidlərimizin adlarının əbədləşməsi məqsədilə yeni tikilən təhsil ocaqları istifadəyə verilir. Respublikamızın ərazisində o cümlədən Abşeron rayonunda şəhid ailələrinə, qazi və müharibə vetrnlarına daim diqqət və qayğı ilə yanaşılır.
Bu gün Abşeron rayonunun Xırdalan və Masazır kəndində şəhidlərimizin adları əbələşib. 2012 cildən gələcəyimiz naminə, sabahımız uğrunda fəaliyyət göstərən Esmanur Tədris və İnkişaf mərkəzinin yeni iki filalı Şəhid baş leytenat Hüseyn Nəcəfzadənin və şəhid Rauf İbadovun adları verilmişdir. Xırdalan şəhər Həzi Aslanov küçəsində mərkəzin yeni açılan 8 saylı filalının qarşısına toplaşan rayon icra hakimiyyətinin məsul şəxsləri, Qarabağ müharibəsi döyüşçüləri, UİD Azərbaycan təşkilatının rəhbərliyi, Xırdalan şəhər ictimayyət nümayəndələri, KİV-nin əməkdaşları,ziyallı, gənclər və ağsaqqalar, şəhid valideyinləri, yaxınları və zabit yoldaşları Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant 1997-ci təvəllüdlü Hüseyn Abbasqulu oğlu Nəcəfzadənin xatirə lövhəsi qarşısına toplaşdılar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, vətənimiz uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin əməkdaşı Elvin Zalov 44 günlük Vətən müharibəsi zəfər tariximizin ən şanlı səhifələrindən olduğunu, bu tarix və qazanılan qələbə hələ uzun illər Azərbaycan hərb elminin uğuru kimi tədqiqt mövzusu olaraq araşdırılacaq, eyni zamanda ümumtəhsil məktəblərində tədris edilərək , dərindən öyrəniləcəyini vurğuladı.
Torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış Vətənin qeyrətli oğulları isə bu tarixin ölməz müəllifləri kimi xalqın yaddaşında əbədi yaşayacaq.
Hazırda şəhid adlarının əbədiləşdirilməsi bu sırada ən öndə dayanan məsələlərdəndir. Azərbaycanın bütün bölgələrində,o cümlədən Abşeron rayonunda şəhidlərə xüsusi ehtiram əlaməti olaraq,Vətən aşiqlərinin adlarının əbədiləşdirilməsi işi davamlı olaraq aparılır.
Çıxış edən natiqlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhid Hüseyn Nəcəfzadənin keçdiyi qısa və mənalı həyat yolundan danışıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini bildiriblər. “Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin müqəddəs amalı bütöv Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıqla yad edəcəklər. Hər birimizin borcudur ki, bizə qələbə sevinci bəxş edən şəhidlərimizi daim qəlbimizdə yaşadaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.”
Şəhid anası Könül Nəcəfzadə çıxış edərək vətəni canından çox sevən şəhid Baş leytenatın dərin hörmətlə, ehtiramla yad olunması, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğını bildirərək,oğlunun şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını qeyd edərək, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən bu işlərə görə minnətdarlıqlarını ifadə edib.
Sonda şəhidin adına verilən 8 saylı filialla tanışlıq olub. Balaca fidanlar Xarı bülbül, Azərbaycan əsgəri, Bayraq səhnəcikləri, rəqsləri nümayiş etdiriblər.
Qeyd edək ki, Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. H. Nəcəfzadə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Eyni gündə Masazır kəndində yeni açılan filalın qarşısında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra, vətənimiz uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Milli Məclisin deputatı Qənirə xanım Paşayeva, Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Masazır kənd icra nümayəndəliyi və bələdiyyənin nümayəndələri, UİD Azərbaycan təşkilatının rəhbərliyi, Masazır kənd sakinləri, Saray qəsəbə ictimayyət nümayəndələri,rayon ictimayyət nümayəndələri, KİV- əməkdaşları, ziyallı, gənc və ağsaqqalar,şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, İstər dövlət istərsə də özəl məktəbəqədər təhsil müəssisələrində qəhrəman şəhidlərimizin adlarının əbədləşməsi,hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Esmanur Tədris və inkişaf mərkəzinin layihəsi icra olunur. Layihə çərçivəsində mərkəzin yeni açılan filallarına qəhrəman şəhidlərimizin adları verilir. Tədris və inkişaf mərkəzinin filalarında yaradılan guşələrdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, uşaqların vətənpərvər ruhunda böyüməsi məqsədilə şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə ətraflı məlumatlandırılmaları barədə davamlı və genişmiqyaslı iş aparılır.
Toplantıda çıxış edən Millət Vəkili Qənirə Paşayeva şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək, bu gün dövlət səviyyəsində şəhid və qazi ailələrinə yüksək diqqət və ehtiram göstərildiyini vurğulayıb. Deputat bildirdi ki, bu məsələ dövlət üçün prioritetdir və xüsusi olaraq Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqətindədir.
Onun sözlərinə görə, Vətən müharibəsindəki tarixi Zəfərimizin əsas qəhrəmanları məhz canlarını düşmənə sipər edən şəhidlərimiz, qazilərimizdir. "Biz bu zəfəri onlara borcluyuq" deyən millət vəkilinin sözlərinə görə, Rauf İbadovda Vətən uğrunda canlarından keçən minlərlə şəhidlərimizdən biridir. "Biz heç bir zaman bu qəhrəmanları unutmayacağıq" deyən millət vəkili dövlətin daim şəhid ailələrinin yanında olacağını bildirdi.
Esmanur Tədris və inkişşaf mərkəzinin direktoru İlahə Xudu qızı Əliyeva çıxış edərək Azərbaycan xalqının qəhrəman oğullarımızın şücaətindən bəhs edib, 44 günlük Zəfər yürüşündə qəhrəman oğulların igidliyindən söhbət açıb. Bildirilib ki, Ulu Öndərin siyasi varisi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Həmçinin şəhidlərimizin qisası alındı. Əyilən belimiz dikəldi. Başımız dik oldu… Bunları bizə şəhidlər yaşatdı, qəhrəmanlıqlarını nəsillərdən-nəsillərə əbədi ötürdülər..
Vətənin qəhrəman oğulları Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı döyüşərək torpaqlarımızı azadlığa qovuşdurdu. Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir.
Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Tədbirdə çıxış edən şəhid yaxınları da tarixi zəfərdən keçən iki il ərzində dövlətin onlara həm maddi, həm də mənəvi dəstək verdiyini söylədilər.
Bu gün adının şəhidimizin şərəfinə verilməsinin onun şücaətinin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Öz növbəsində şəhidin ailə üzvləri, döyüş yoldaşları şəhidin ruhuna dərin ehtirama görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimov şəhidlərin qanının yerdə qalmadığını, torpaqlarımızın azad edildiyini qeyd edərək bildirildi ki, bizə Zəfər bəxş edən Ali Baş Komandan İlham Əliyev, şəhid və qazilərimiz gələcək nəsillər tərəfindən hər zaman xatırlanacaqlar. Şəhid ailəsinin üzvləri hərbiçilərimizin xatirəsinə göstərilən diqqətə görə ölkə rəhbərliyinə dərin təşəkkürünü bildirdilər.
Uid Azərbaycan təşkilatının rəhbəri, Qarabağ müharibə iştirakçısı, Ehtiyatda olan zabit Adil Kərimov çıxışında mərkəz rəhbərliyinin bu gözəl addımının tədqirə layiq, nümunəvi addım olduğunu qeyd etdi. Şəhid adlarının məhz məktəbəqədər təhsil ocaqlarına, orta məktəblərə verilməsi vətənpərvər gənclərin yetişməsində böyük rol oynadığını vurğulayan Adil Kərimov mərkəz rəhbərliyinə Qarabağ qaziləri, veteranları adından öz təşəkkürünü bildirdi.
Millət vəkili Sabir Rüstəmxanlının sözlərinə bəslənilmiş Bayraq mahnısı iə əsgər geyimində plan uşaqlar səhnəyə çıxaraq hazırladlqları səhnəni təqdim etdilər. Hüquqşünas, jurnalist mərkəzin direktor müavini Anar Nağıyev 2022 ci ilin son günlərində Abşeronda iki qəhrəman şəhidimizin adına verilən mərkəzlərin açılışının məhz hörmətli İlahə Xuduqızı Əliyeva tərəfindən həyata keçirilməsinin yüksək hadisə olduğunu bildirdi. A. Nağıyev Esmanur Tədris və İnkişaf mərkəzinin filiallarınına məhz şəhid adlarının verilməsinin orda təhsil alan uşaqların vətənpərvər övlad kimi yetişməsində, vətənə, dövlətə layiq vətəndaş olacağına stimul verdiyini qeyd etdi. Respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda qayğı ilə əhatə olunduğunu, rayon rəhbəri tərəfindən xüsusi diqqətdə saxlandığını bildirdi.Qarşıdan gələn Dünya Azərbaycanlılarını hemrəylik günü və
Yeni il münasibətilə mərkəzin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərəm yeni ildə cansağlığı arzuladı.
Şəhid atası Məhərrəm İbadov dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqətdən danışıb, şəhid Rauf İbadovun döyüş yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edib.
Şəhidin atası təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib, oğlunun vətənə, millətə olan sevgisindən danışıb.
Çıxış edənlər şəhid ailələrinə və qazilərimizə bundan sonra da xüsusi həssaslıqla yanaşmanın vacibliyi vurğulanıb.
Sonra Yeni açılan filalın açlış mərasimi keçirilib. Qırmızı lent kəsiləndən sonra mərkəzin fəliyyəti ilə bağlı videoçarx nümayiş edilib. Filalla tanış olan qonaqlara uşaqlar tərəfindən müxtəlif vətənpərvərlik ruhunda səhnəciklər nümayiş olunub. Balaca fidanlar şerlər səsləndirərək, rəqslər ediblər.
[center]Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi
Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

Abşeron rayonunda mərkəzin yeni açılan filiallarına şəhidlərin adı verildi

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.