Bakıda avtomobil təmiri sexindən 10 min manatlıq oğurluq
Bakıda oğurluq etməkdə şübhəli bilinən iki qardaş saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yerləşən avtomobil təmiri sexlərinin birindən 10 500 manat dəyərində səsboğucu və 4 ədəd səsboğucu göstəricisinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zaqatala rayon sakinləri, əvvəllər məhkum olunmuş Faiq Buğluyev və qardaşı Tərlan müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.