Nərimanov rayonunda mənzildəki yanğının başvermə səbəbi məlum olub
axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə paytaxtın N.Nərimanov rayonunun F.X.Xoyski küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının altımərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyənləşdirilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, habelə qonşu mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan hamam otağının plastik qapısı və 2 poqonometr plastik boru əriyib, bir vətəndaş tüstüdən yüngül zəhərlənib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı operativ araşdırmalarla yanğının saçqurudan fenin elektrik şəbəkəsinə qoşulu qoyularaq nəzarətsiz qalması nəticəsində baş verdiyi ehtimal edilir.