Sabirabad rayonunda səkkiz başı kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkarlanıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan səkkiz baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.