Sumqayıtda qətl hadisəsi törədilib
Dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırda iş üzrə istintaq davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin