Xəbər lenti
Dəmir yumruq » Hadisə » Ağdaşda "Azərişığ"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb
Hadisə / 16-12-2022, 21:10

Ağdaşda "Azərişığ"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.