FHN: Səngəçal qəsəbəsindəki anbarda baş vermiş yanğın söndürülüb
Paytaxtda yanacaq-sürtkü məhsulları saxlanılan anbarda baş vermiş yanğının qarşısı alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Qeyd edilib ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki anbarda yanğının FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin