Səkkiz il sonrakı qisas məqsədli qətlin TƏFƏRRÜATI - VİDEO
Biləsuvar rayonunun Xırmandalı kəndində baş verən qətllə bağlı bəzi detallar məlum olub.
Kənd sakini, 37 yaşlı Cavad Kazımov Eynulla oğlu həmkəndlisi, 40 yaşlı Mehtun Qarayevə zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb. Qısa söhbətdən sonra Cavad həmkəndlisinin baş və bel nahiyəsinə ov tüfəngindən atəş açaraq, onu qətlə yetirib.
Qeyd edək ki, Cavad Kazımov Eynulla oğlu şübhəli şəxs qismində saxlanılıb.
Cavadın atası Eynulla Kazımov övladının cinayət törətməsi barədə bildirib ki, onu bu cinayəti törətməyə təhrik ediblər:
“Oğlumu fitə basıblar. Üç gün bundan qabaq zəng edərək deyiblər ki, sənin bacını belə etmişdik. Onu qıcıqlandırmışdılar”.
Hadisə barədə danışan Qəribnisə Kazımova isə bildirib ki, oğlunun balaları kimsəsiz qalıb.
Xatırladaq ki, Cavad Kazımovun mərhum bacısı ölümündən əvvəl yazdığı məktubda qeyd edib ki, onun ölümündə Mehtun və Sənan günahkardır.
Ətraflı videonu təqdim edirik: