Dəmir yumruq » Hadisə » Qusar sakini ögey anasını bıçaqladı
Hadisə / 6-12-2022, 19:43

Qusar sakini ögey anasını bıçaqladı

Qusar sakini ögey anasını bıçaqlayıb.

“Report”un xəbərinə görə, rayonun Piral kənd sakini 1977-ci il təvəllüdlü Əzizova Şəfəq Mövlan qızı ögey oğlu Yüzbəyov Rami Rizvan oğlu ilə mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, R.Yüzbəyov ruhi xəstəlikdən əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.