Qadınların qatilinə çevrilən doğmalar: Qətllərlə bağlı dəhşətli rəqəmlər
“Aparılan monitorinqlərə əsasən, 2022-ci il ərzində 71 qadın qətlə yetirilib”.
Bunu Oxu.Az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə, mətbuatda gedən qətl xəbərləri ilə bağlı monitorinqlər aparıblar:
“Qadınlardan 34-ü həyat yoldaşı, altısı qardaşı, üçü oğlu, dördü atası, üçü keçmiş həyat yoldaşı, beşi sevgilisi, dördü qohumu, biri nişanlısı və 11-i qeyri-müəyyən şəxs və ya şəxslər tərəfindən öldürülüb”.