Xəbər lenti
Dəmir yumruq » Hadisə » Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə 18 il həbs cəzası verilib
Hadisə / 6-12-2022, 19:39

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə 18 il həbs cəzası verilib

Bakıda qətl törətməkdə təqsirləndirilən Asəf Cəfərzadəyə hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il fevralın 8-də Bakının Qaradağ rayonu ərazisində qeydə alınıb.

1979-cu il təvəllüdlü Asəf Cəfərzadə tanışı, 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlanaraq qətlə yetirilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.