Dəmir yumruq » Hadisə » Olimpiya Kompleksinin direktoru həbs edildi
Hadisə / Bugün, 11:37

Olimpiya Kompleksinin direktoru həbs edildi

 

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib.
 
Demiryumruq.az “Report”a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla “Azəridmanservis” MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.
 
Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirli bilinir. İş üzrə ziyanın yarım milyon manatdan çox olduğu qeyd edilir.
 
R.Orucov və V.Şirinov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.