Dəmir yumruq » Hadisə » Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yeni rəis təyin edildi
Hadisə / 10-08-2026, 18:53

Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yeni rəis təyin edildi

 

Abasov Ramil Tahir oğlu Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin 05.08.2026-cı il tarixli əmri ilə  Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilmişdir.
Abasov Ramil Tahir oğlu 29.06.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2013-2018-ci illərdə Azərbaycan Kooperasiya İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb, hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsilini davam etdirir.
Ramil Abasov bu təyinata qədər Binəqədi RİH başçısının Xocəsən QİƏD üzrə nümayəndəsi vəzifəsini icra edirdi.
Ramil Abasovu yeni təyinat münasibəti ilə təbrik edir, xidməti fəaliyyətində uğurlar arzulayırıq!


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.