Dəmir yumruq » Manşet » Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu -Fotolar
Manşet / Hadisə / Bugün, 07:00

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış oldu -Fotolar

 

 

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Leyla Əliyeva avqustun 24-də ilk Buxara Müasir İncəsənət Biennalesinin əsərlərinin bir hissəsi ilə tanış olub.
 
Demiryumruq.az xəbər verir ki, Buxara Biennalesi Özbəkistan Mədəniyyət və İncəsənətin İnkişafı Fondu tərəfindən keçirilir.
 
İlk dəfə 2025-ci ildə keçirilən Buxara Biennalesi Mərkəzi Asiyanın ən böyük mədəniyyət tədbirlərindən birinə çevrilib.
 
Hazırda Buxarada ilk Biennaledə nümayiş olunan əsərlərin bir hissəsi yenidən sərgilənir. Ekspozisiyada yerli və xarici müəlliflərin 70-ə yaxın əsərini görmək mümkündür. 2027-ci ildə ikinci Buxara Müasir İncəsənət Biennalesinin keçirilməsi planlaşdırılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.