Dəmir yumruq » Hadisə » Təhlükəsiz istirahət üçün polis səfərbər oldu - Fotolar
Hadisə / 10-08-2026, 08:54

Təhlükəsiz istirahət üçün polis səfərbər oldu - Fotolar

 

 

  

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmin ərazilərdə fasiləsiz xidməti davam etdirilir.
 
Demiryumruq.az xəbər verir ki, paytaxt Bakı ilə yanaşı respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də nəqliyyatın hərəkətinin davamlılığı məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.
 
Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçirilməsi istiqamətində gücləndirilmiş rejimdə xidmət aparırlar.
 
Vətəndaşlardan istirahət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə çimərliklərdə müəyyən edilmiş qaydalara ciddi riayət etmələri, uşaqları nəzarətsiz qoymamaları, ictimai asayişi pozan davranışlardan çəkinmələri xahiş olunur.
 
Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməklə yanaşı hər hansı təhlükəli və ya şübhəli hal müşahidə etdikdə dərhal polisə məlumat vermələri tövsiyə edilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.