Dəmir yumruq » Hadisə » Nazir Respublika Fənn Olimpiadalarının qalibləri ilə - Fotolar
Hadisə / Bugün, 16:33

Nazir Respublika Fənn Olimpiadalarının qalibləri ilə - Fotolar

 

 

İyunun 24-də elm və təhsil naziri Emin Əmrullayev Respublika Fənn Olimpiadalarında yüksək nəticə göstərərək “Birincilərin birincisi” adına layiq görülən şagirdlərlə görüşüb.
 
Demiryumruq.az xəbər verir ki, görüş zamanı olimpiadaçılar beynəlxalq yarışlara hazırlıq prosesi, əldə etdikləri nailiyyətlər və gələcək hədəfləri barədə danışıblar.
 
Elm və təhsil naziri Emin Əmrullayev şagirdləri qazandıqları yüksək nailiyyət münasibətilə təbrik edərək onların uğurlarını ölkənin intellektual potensialının və təhsil sistemində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm göstəricilərindən biri kimi qiymətləndirib. Nazir qeyd edib ki, yerli və beynəlxalq olimpiadalarda əldə olunan nəticələr Azərbaycan gənclərinin elmə, tədqiqata və bilik yarışlarına marağının ildən-ilə artdığını nümayiş etdirir.
 
Görüşdə olimpiada hərəkatının inkişafı, istedadlı şagirdlərin dəstəklənməsi və onların gələcək akademik inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.