Dəmir yumruq » Hadisə » Nərimanovda 5 min dollar oğurlayan keçmiş məhkum saxlanıldı
Hadisə / Dün, 11:00

Nərimanovda 5 min dollar oğurlayan keçmiş məhkum saxlanıldı

 

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
 
Daxili İşlər Nazirliyindən Demiryumruq.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.