Dəmir yumruq » Hadisə » Bakıda dəhşətli hadisə: Qadın pəncərə silərkən yıxıldı
Hadisə / Dün, 09:32

Bakıda dəhşətli hadisə: Qadın pəncərə silərkən yıxıldı

 

Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Musavat.com xəbər verir ki, Yeni Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsində yaşayan qadın yaşadığı mənzilin pəncərəsini silərkən hündürlükdən yıxılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın pəncərənin çöl hissəsini təmizlədiyi zaman müvazinətini itirib və yerə düşüb.

Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.