Dəmir yumruq » Hadisə » Baş prokuror Nərimanovda qəbul keçirdi - Fotolar
Hadisə / 12-06-2026, 14:50

Baş prokuror Nərimanovda qəbul keçirdi - Fotolar

 

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında eyni rayondan olan vətəndaşları qəbul edib.
 
Demiryumruq.az xəbər verir ki, qəbulda 48 nəfər iştirak edib.
 
Müraciətlər əsasən cinayət işlərinin istintaqı, cinayət faktları ilə bağlı məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları, eləcə də məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı olub.
 
Kamran Əliyev qaldırılan məsələlərin operativ həlli məqsədilə prokurorluğa və aidiyyəti icra orqanlarına müvafiq göstərişlər verilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.