Dəmir yumruq » Hadisə » Azərbaycanda 7 dövlət qurumu ləğv olundu
Hadisə / Bugün, 11:12

Azərbaycanda 7 dövlət qurumu ləğv olundu

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib.
 
Demiryumruq.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
 
Qərara əsasən, "2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.
 
Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-lər və "1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC də ləğv olunduğunu elan edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.