Dəmir yumruq » Hadisə » Ali Məhkəməyə yeni hakimlər təyin olunur
Hadisə / Bugün, 11:42

Ali Məhkəməyə yeni hakimlər təyin olunur

 

Ali Məhkəməyə yeni hakimlər təyin olunur.
 
Demiryumruq.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
 
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin olunacaq.
 
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.