Dəmir yumruq » Hadisə » Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir
Hadisə / 18-05-2026, 14:07

Elm və təhsil naziri Dünya Təhsil Forumunda iştirak edir

 

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir. 
 
Demiryumruq.az xəbər verir ki, forum “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub. 
 
Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlar bir araya gələrək inklüziv, keyfiyyətli və gələcəyə yönəlmiş təhsil sistemlərinin qurulması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara uyğun həll yollarının müzakirəsini aparacaqlar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.