Dəmir yumruq » Hadisə » ADSEA güclü yağışla əlaqədar görülən işləri açıqladı
Hadisə / 17-05-2026, 12:01

ADSEA güclü yağışla əlaqədar görülən işləri açıqladı

 

İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
 
Bu barədə Demiryumruq.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
 
“ADSEA və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşkaları müxtəlif ərazilər üzrə yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.
 
Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi İ.Suleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, Yaşar Əliyev, Səbail rayonu, Neftçilər prosoekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 3N-li nasosstansiya, Bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.
 
İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.