Dəmir yumruq » Hadisə » Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır
Hadisə / 12-05-2026, 09:06

Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Hərbi qulluqçuların minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Hərbi Prokurorluqdan Moderator.az-a verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, əsgərlər Məhəmməd Hüseynov və Kamil Qaflanovun mayın 11-də Kəlbəcər rayonu ərazisində minanın partlaması nəticəsində xəsarət almaları faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.