Dəmir yumruq » Hadisə » Xızıda sürücü öz maşınının altında qalıb öldü
Hadisə / 11-05-2026, 10:15

Xızıda sürücü öz maşınının altında qalıb öldü

Xızıda kişi avtomobilinin altında qalaraq ölüb.

Demiryumruq.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün səhər saatlarında baş verib.
 
Məlumata görə, rayonun Altıağac qəsəbəsində 44 yaşlı Şahin Bayramov idarə etdiyi “Jeep” markalı avtomobili yoxuşlu yolda saxlayıb, arxa təkərinə daş qoymaq istəyərkən ehtiyatsızlıqdan avtomobil hərəkət edərək üzərindən keçib və nəticədə o ölüb.
 
Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.