Dəmir yumruq » Hadisə » Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü
Hadisə / 11-05-2026, 09:24

Bakıda motosiklet yerüstü piyada keçidinə çırpıldı, sürücü öldü

 

Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.

Bu barədə Demiryumruq.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.