Dəmir yumruq » Hadisə » Teleqramda "konfet" satan qadın HƏBS EDİLDİ
Hadisə / 8-05-2026, 08:53

Teleqramda "konfet" satan qadın HƏBS EDİLDİ

 

Rusiyada bir qadın tərkibində narkotik maddələr olan göbələklərdən şokolad konfetləri hazırlayıb və onların satışı ilə məşğul olub. 

Demiryumruq.az xəbər verir ki, o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaqa görə, qadın və əlbir olduğu şəxs kirayə mənzildə sözügedən göbələkləri yetişdirərək onlardan konfet hazırlayıb. Məhsullar teleqram vasitəsilə satılıb və poçtla müştərilərə göndərilib.

Qadın məhkəmədə təqsirini etiraf edib. Onun köməkçisi ilə bağlı araşdırma davam edir.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.