Dəmir yumruq » Hadisə » Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı
Hadisə / Bugün, 08:57

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

 

Aprelin 29-da ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
 
DİN-in Mətbuat Xidmətindən Demiryumruq.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 103 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.