Dəmir yumruq » Hadisə » Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
Hadisə / Bugün, 11:51

Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi

 

Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.

Demiryumruq.az Oxu.az-a istinadla xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.

Faktla bağlı araşdırma davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.