Dəmir yumruq » Hadisə » Abşeronda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə aşkarlandı
Hadisə / Bugün, 10:40

Abşeronda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə aşkarlandı

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
 
Bu barədə Demiryumruq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.
 
Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
 
Araşdırmalar davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.